Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə Qarabağın erməni sakinləri maneəsiz keçirlər - VİDEO - EKSKLÜZİV

Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə Qarabağın erməni sakinləri maneəsiz keçirlər - VİDEO - EKSKLÜZİV Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməni əsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.
Hadisə
11 May , 2023 16:56
Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə Qarabağın erməni sakinləri maneəsiz keçirlər - VİDEO - EKSKLÜZİV

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməni əsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.

“Report”un əldə etdiyi videodan da göründüyü kimi, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların rahat gediş-gəlişi təmin olunur.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Son xəbərlər

Orphus sistemi