Kürəkənini bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Kürəkənini bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Mart , 2018 11:27
Kürəkənini bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmənin qərarı ilə G.Novruzovun barəsində olan qərar dəyişdirilib. O, məhkəmə zalında həbs edilib.

G.Novruzov məhkəmədən həbs edilməməsini xahiş edib. Bildirib ki, kürəkəni ilə barışıb və əməlindən peşmandır.

Məhkəmənin baxış iclası martın 30-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, G.Hüseynov kürəkəni Rəfayel İsmayılovu mübahisə zəminində bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi