Video əlavə olunub
20:26
Ötən gün Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı sakinlər tərəfindən tutulub.
“Report”un Aran bürosu xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.
Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə
2008-ci ildə adı Qırmızı kitaba düşən Uqor balığı bu gün səhər saatlarında yenidən çaya buraxılıb.
Qeyd edək ki, çəkisi 2 kiloqramdan-12 kiloqrama qədər olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin, xüsusi ilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.