Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var Kürdəmir. 17 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Dekabr , 2018 11:23
Kürdəmirdə yol qəzası olub, xəsarət alan var
0 : 00
0 : 00

Kürdəmir. 17 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü Ramin Əliağa oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarındakı beton maneələrə çırpılıb. Nəticədə R.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi