Kürdəmirdə yol qəzası oldu, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası oldu, xəsarət alanlar var Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
25 Aprel , 2020 12:39
Kürdəmirdə yol qəzası oldu, xəsarət alanlar var

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini traktorla hərəkətdə olarkən onun qəfildən qarşısına çıxan motosikletlə toqquşub. Nəticədə motosikletdə olan 23 yaşlı Cavidan Məmmədovla 29 yaşlı Hacıyev Muxtar İkram oğlu müxtəlif bədən xəsarəti alıblar.

Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi