Kürdəmirdə yol qəzası oldu, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Hadisə
  • 11 aprel, 2020
  • 16:25
Kürdəmirdə yol qəzası oldu, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB
"Report"

Kürdəmir rayonunda baş verən ağır-yol nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, Kürdəmir tayon sakini İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi BMW markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan sürücü, rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla toqquşub. Nəticədə R.Kərimov hadisə yerindəcə dünyasını dəyişib.

BMW markalı avtomobildə sıxılıb qalmış sürücü İsmayılov Rahim Zöhrab oğlu isə FHN-nin Kürdəmir rayon şöbəsinin qəza xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.

Bundan başqa hər iki avtomobildə olan digər sərnişinlər - 1970-ci il təvəllüdlü Kərimov Mübariz Paşa oğlu və 1991-ci il təvəllüdlü Rəsulov Hakim İlqar oğlu da müxtəlif növ ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar.


***19:10

Kürdəmir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəza zamanı bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Kürdəmirdə yol qəzası oldu, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB