Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb

Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb.
Hadisə
7 Dekabr , 2021 11:19
Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb

Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki,hadisə rayonun Qarasaqqal kəndində qeydə alınıb.

Belə ki,Qarasaqqal kənd sakinləri Salahov Ziyad Oruc oğlu və Nuriyev İntiqam Nuru oğlunun müəyyən edilməmiş yerlərdə ov etmələri barədə rayon polis şöbəsinə məlumat daxil olub.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər iki kənd sakini saxlanılmış və onlardan Nuriyev İntiqam Nuru oğluna məxsus İJ markalı ov tüfənginin sənədinin olmadığı aşkar olunub.

Bundan başqa həyata keçrilən digər tədbirlər zamanı həmin kənd sakini Dadaşov İslam Sabir oğluna məxsus və müvafiq sənədi olmayan Tula markalı 16 kalibrli ov tüfəngidə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən iş Kürdəmir rayon Məhkəməsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi