Kürdəmirdə polis epilepsiya xəstəsinin həyatını xilas edib - FOTO
Hadisə
- 08 sentyabr, 2019
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə ərazidə xidmət aparan polis patrulunun avtomobilinə mindirilərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəyə ilk tibbi yardım göstərilib.
Qeyd edək ki, A.İsmayılov epilepsiya xəstəsidir.
Son xəbərlər
09:45
KXDR raketi 1 000 kilometr məsafədə hədəfi vurub
Digər ölkələr09:30
UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə üz-üzə gələcək
Futbol09:25
Yaponiya Okinavadakı qətllə bağlı ABŞ hərbçilərinə etiraz edib
Digər ölkələr09:10
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Digər ölkələr09:00
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
Fərdi08:54
ABŞ sahillərində itmiş təyyarənin qalıqları aşkarlanıb
Digər ölkələr08:39
Nyu-York sakini yeddi il bədənindəki cərrahi iynə ilə yaşayıb
Digər ölkələr08:26
Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
Digər ölkələr08:07