Kürdəmirdə narkotik maddə satan şəxs tutulub

Kürdəmirdə narkotik maddə satan şəxs tutulub Kürdəmirdə narkotik maddənin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
18 May , 2020 12:58
Kürdəmirdə narkotik maddə satan şəxs tutulub

Kürdəmirdə narkotik maddənin satışı ilə məşğul olan şəxs saxlanılıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 50 yaşlı rayon sakini, 1940-ci il təvəllüdlü Rəşad Bəhrəm oğlu Məmmədovdan 0,05 qram kağız bükümdə narkotik maddə olan heroini tanışı, rayon sakini Atakişiyev Vüqar Məmməd oğluna satdığı məlum olub. 

Dərhal RPŞ-nin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovu saxlayaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətiriblər.

Onun üzərində yoxlama aparılan zaman kağız bükümdə 0,107 qram narkotik maddə olan heroin polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb. İlkin dindirmə zamanı R.Məmmədov etdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi