Kürdəmir rayonu ərazisində baş verən ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, minik avtomobilinin “KamAZ”a çırpılması nəticəsində Kürdəmir rayon Garisəyribənd kənd sakinləri - sürücü, 38 yaşlı Kərimov Röyal Səyyar oğlu, 42 yaşlı Kərimov Mayıl Mikayıl oğlu, 34 yaşlı Əhmədov Pərvin Əliağa oğlu və 30 yaşlı Kərimov Elnur Saleh oğlu xəsarət alıblar.
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ - 21010” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda gedən “KAMAZ” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə “VAZ” markalı nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.