Kürdəmirdə maşın aşıb, üç nəfər xəsarət alıb - VİDEO
Hadisə
- 08 avqust, 2025
- 11:01
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü Şöhrət Məmmədov "Mitsubishi" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Avtomobildə olan sürücü və onun sərnişinləri - 34 yaşlı Əjdər Əsgər oğlu Abbaslı və 42 yaşlı Paşa Həmid oğlu Baxşıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:37
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
Xarici siyasət00:35
İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir
Digər ölkələr00:29
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verir
Xarici siyasət00:06
Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır
Region23:55
Futbol üzrə Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
Futbol23:50
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
Futbol23:41
İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib
Region23:34
Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib
Digər ölkələr23:21