Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb

Hadisə
  • 17 dekabr, 2022
  • 13:39
Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb

Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, rayon sakini 1968-ci il təvəllüdlü Əflatun Kərimov münaqişə zəminində 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xasarətləri yetirib.

Qadın xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.