Yuxarı

Kürdəmirdə avtobusda sərnişindən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Kürdəmirdə avtobusda sərnişindən oğurluq edən şəxs saxlanılıb

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndində yerləşən Çıraq restoranında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakinləri - Hümbətova Arzu Əlibala qızı və Babayeva Narıngül Nadir qızı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək oktyabrın 20-si axşam saatlarında Kürdəmir rayonu ərazisində yerləşən Çıraq restoranına istirahət üçün düşərkən avtobusda qalan çantasından 352 dollar, 200 manat və 40 manat xırda pulunun, digər sərnişinin isə çantasından 1 ədəd 495 manat dəyərində “Xiaomi Red Mİ 7” markalı telefonunun oğurlandığını bildirib.

Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü, Ağdaş rayon sakini Quluyev Hakim Vələkrəm oğlu saxlanılıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi