Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəsarət alanlar Səlyan rayon sakinləridir və onlar "Ford" markalı mikroavtobusun sərnişinləri olub.
Yaralılar:
32 yaşlı Aygün Bəxtiyar qızı Mehralıyeva,
64 yaşlı Şahmurad Bəhlul oğlu Almazov,
33 yaşlı Günel Bahadur qızı Mehralıyeva,
14 yaşlı Turanə Taleh qızı Teymurova,
44 yaşlı Elton Nəhmət oğlu Məmmədov,
27 yaşlı Mahir Zeynal oğlu Səfərov,
34 yaşlı Sərxan Heydər oğlu Əsədzadə,
54 yaşlı Vəzifə Nəhmət qızı Mehralıyeva.
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, "Ford" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.
Yaralılar "təcili yardım" avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.