Kürdəmirdə 50-yə yaxın toy sahibi cərimələnib

Kürdəmirdə 50-yə yaxın toy sahibi cərimələnib Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
Hadisə
8 Avqust , 2021 09:39
Kürdəmirdə 50-yə yaxın toy sahibi cərimələnib

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri reydlər zamanı rayon ərazisində həyətyani sahəsində toy edərək karantin rejimini pozan 50-yə yaxın toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Reydlər rayonun müxtəlif kəndlərində həyata keçirilib.

Qeyd edək ki, polis əməkdaşları müətmadi olaraq karantin rejimini pozmağa çalışan toy sahibləri ilə maarifləndirici söhbətlər aparır və profilaktik tədbirləri davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi