Kürdəmirdə 35 yaşlı qadını avtomobil vurub

Kürdəmirdə 35 yaşlı qadını avtomobil vurub Kürdəmir rayonunda 35 yaşlı qadını avtomobil vurub.
Hadisə
20 Sentyabr , 2019 13:20
Kürdəmirdə 35 yaşlı qadını avtomobil vurub

Kürdəmir rayonunda 35 yaşlı qadını avtomobil vurub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mürtülü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vüsalə Mirzə qızı Həsənovanı yolu keçmək istəyərkən minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi