Azərbaycanda külli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb

Hadisə
  • 04 yanvar, 2019
  • 12:57
Azərbaycanda külli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində "Hennesy X.O." yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində "Moet&Chandon" yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində "Godet Antarctica" yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.