Konte "Milan"ın baş məşqçisi postuna gətirilə bilər

Konte "Milan"ın baş məşqçisi postuna gətirilə bilər Onunla yanaşı bu posta Karlo Ançelotti də iddialıdır
Hadisə
5 Noyabr , 2017 15:33
Konte Milanın baş məşqçisi postuna gətirilə bilər
Antonio Konte

Bakı. 5 noyabr. REPORT.AZ/ Londonun "Çelsi" klubunun baş məşqçisi Antonio Konte "Milan"ın rəhbəri postunda Vinçentso Montellanı əvəzləyə bilər.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, "rossoyeri"lərin hazırkı məşqçisi, komanda İtaliya "A" Seriyasının 12-ci turunda "Sossuolo"ya uduzacağı təqdirdə istefaya göndəriləcək.

Konte də "Çelsi"dən qovulma təhlükəsi altındadır və yaxın vaxtlarda klub qarşısındakı öhdəliklərdən azad ola bilər.

Qeyd edilir ki, Konte ilə yanaşı "Milan"ın baş məşqçisi postuna "Bavariya"dan qovulan Karlo Ançelotti də iddialıdır.

Son xəbərlər

Orphus sistemi