Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
Hadisə
28 Fevral , 2017 18:05
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

Bakı. 28 fevral. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda T.Nəbiyevin şikayəti üzrə Ali Məhkəməsnin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 2016-cı il 20 oktyabr tarixli qərardadının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, İsmayıl İsmayılovun və Güldanə Quliyevanın “JMR” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 2016-cı il 20 oktyabr tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu qərara uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Orphus sistemi