Komitə: “Rəşad Babayev "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb”

Komitə: “Rəşad Babayev "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb” Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Hadisə
21 May , 2019 13:27
Komitə: “Rəşad Babayev Qırmızı Körpü gömrük postunun rəisi vəzifəsində çalışmayıb”

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

“Report” xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir. 

"Bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən "Qırmızı Körpü" gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb. Halbuki, R.Babayev, ümumiyyətlə "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb. O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir. DGK media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir", - açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi