Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb - FOTOREPORTAJ

Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb - FOTOREPORTAJ Ukraynanın paytaxtı Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb.
Hadisə
2 Mart , 2022 14:14
Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb - FOTOREPORTAJ

Ukrayna paytaxtı Kiyevdən 1200 azərbaycanlı Moldova istiqamətində yola salınıb.

"Report"un Şərqi Avropa bürosunun əməkdaşının Kiyev dəmir yolu vağzalından verdiyi məlumata görə, yola salınanlar Kiyev ilə yanaşı, Xarkov, Xerson, Nikolayev, Mariupol vilayətlərindən gələn azərbaycanlılardır.

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımıza Moldova ərazisində yarana biləcək məsələlərlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlamaları tövsiyyə olunur.

Sabah, martın 3-də Kiyevdən növbəti reysin yola salınacağı gözlənilir.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün xüsusi qatar ayrılıb. Qatara minik biletsizdir və növbə əsasında həyata keçirilir. Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən vacib şəxsi əşyanı götürmək tövsiyə olunur.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, ciddi texnika itkisinə baxmayaraq Rusiya ordusu Kiyevə hücumu hazırda davam etdirir.

Son xəbərlər

Orphus sistemi