Kirayə qaldığı evdən oğurluq edən Bakı sakini tutulub

Kirayə qaldığı evdən oğurluq edən Bakı sakini tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
4 Mart , 2015 10:47
Kirayə qaldığı evdən oğurluq edən Bakı sakini tutulub

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda kirayə qaldığı evdən oğurluq edən şəxs tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Əməliyyat-axtarış tədbirlərini Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinin (PB) əməkdaşları keçirib.

Nəticədə G.Şıxlinski küçəsində yerləşən mənzildə Masallı rayon sakini İlqar Abbasovun 120 manat pulunu, iki ədəd mobil telefonunu, Qobustan rayon sakini Adəm Lətifovun 80 manat pulunu, mobil telefonunu oğurlamaqda şübhəli bilinən, onlarla eyni ünvanda kirayə yaşayan Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Hüseyn Cəlal oğlu Əhmədzadə müəyyən olunaraq tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi