Bakıda keçmiş qayınatasını öldürən şəxsə 18 il həbs cəzası verilib

Bakıda keçmiş qayınatasını öldürən şəxsə 18 il həbs cəzası verilib Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
22 Yanvar , 2019 11:00
Bakıda keçmiş qayınatasını öldürən şəxsə 18 il həbs cəzası verilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi