Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib Bakı. 28 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Dekabr , 2018 10:12
Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib
Report

Bakı. 28 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Höklmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə M.Əsgərovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi