İsmayıllıda qanunsuz ovladığı cüyür və porsuqları ət mağazasında satmaq istəyən şəxs saxlanılıb
Hadisə
- 12 noyabr, 2021
- 07:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bizlan kəndinin meşə ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi götürülüb.
Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi ət mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr