İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb

İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Hadisə
4 Dekabr , 2020 15:31
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb

İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Vüqar Ziliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə hərəkətdə olarkən aşkarlanan həmin şəxs dərhal yaşadığı ünvana geri göndərilib.

Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Vüqar Ziliyev
Vüqar Ziliyev

Son xəbərlər

Orphus sistemi