İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Hadisə
9 Sentyabr , 2021 10:42
İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Samir Şahhüseynov

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini Samir Şahhüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

S.Şahhüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi