İsmayıllı və Hacıqabul sakinlərindən silah götürüldü

İsmayıllı və Hacıqabul sakinlərindən silah götürüldü İsmayıllı və Hacıqabul rayon sakinlərində silah aşkarlanıb
Hadisə
308
4 May , 2021 11:26
İsmayıllı və Hacıqabul sakinlərindən silah götürüldü

İsmayıllı və Hacıqabul rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi