Azərbaycanda işıqpulu borcu olan vəzifəli şəxsin evinə elektrik enerjisinin verilməsi dayandırılıb - FOTO

Azərbaycanda işıqpulu borcu olan vəzifəli şəxsin evinə elektrik enerjisinin verilməsi dayandırılıb - FOTO Bələdiyyə sədri: "Bu hal ikinci dəfədir ki, təkrarlanır"
Hadisə
2 Dekabr , 2015 12:22
Azərbaycanda işıqpulu borcu olan vəzifəli şəxsin evinə elektrik enerjisinin verilməsi dayandırılıb - FOTO

Bakı. 2 dekabr. REPORT.AZ/ Quba Şəhər Bələdiyyəsi sədrinin fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılıb. "Report"un əldə etdiyi məlumata görə, bələdiyyə sədri Zakir Müslümovun işığı 45 manat borca görə kəsilib. 

Z.Müslümov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, elektrik enerjisi kəsilən zaman, Bakıda olduğunu deyib: "Mənim xəbərim olmayıb. Bakıdan qayıdandan sonra gördüm ki, evdə işıq yanmır. Quba Elektrik Şəbəkəsinin əməkdaşları xəbərdarlıq etmədən paylayıcı şəbəkədən sayğaca ötürülən naqilləri kəsiblər. Bu hal ikinci dəfədir ki, təkrar olunur".
Bələdiyyə sədri onu da əlavə edib ki, o, məsələ ilə bağlı Quba Elektrik Şəbəkəsinin rəisi Nəcəf Rzayevlə telefon əlaqəsi saxlayıb: "Mən Elektrik Şəbəkəsinin rəisi ilə danışdım və xəbərdarlıq etmədən niyə mənim evimin elektrik enerjisinin verilməsinin dayandırılmasını soruşdum. Nəcəf Rzayev mənə bildirdi ki, şəbəkənin əməkdaşları səhvən xəbərdarlıq etmədən elektrik enerjisini kəsiblər". 

Son xəbərlər

Orphus sistemi