Yanvar ayının 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.
İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.