İmişlidə pandemiya qaydalarının pozulduğu toy məclisi aşkarlanıb
Hadisə
- 23 iyul, 2021
- 05:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Kral" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, adı çəkilən şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 200 nəfər qonağın iştirak etməsi müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı E.Usubov 4000 manat, toy mərasiminin təşkilatçısı S.Şıxəliyev isə 400 manat məbləğində cərimə olunub.
Son xəbərlər
08:41
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
Futbol
08:04
Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Digər ölkələr
07:35
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib
Digər ölkələr
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr