TƏBİB: İmişlidə pambıq qəbulu məntəqəsində olan yanğınla bağlı müraciət daxil olmayıb - YENİLƏNİB

Hadisə
  • 22 may, 2025
  • 17:36
TƏBİB: İmişlidə pambıq qəbulu məntəqəsində olan yanğınla bağlı müraciət daxil olmayıb - YENİLƏNİB

Bu gün İmişli rayonu Qaralar kəndi yaxınlığında yerləşən pambıq qəbulu məntəqəsində baş verən yanğınla bağlı xəstəxanaya müraciət olmayıb. 

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, ilkin məlumata görə, yanğın bu gün saat 16 radələrində məntəqə ərazisində yerləşən 2 pambıq tayasında baş verib.  Nəticədə hər iki taya yanıb.

Hazırda hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

17:36

İmişli rayonunda pambıq qəbulu məntəqəsində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi yaxınlığında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələrinə pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti