İmişlidə mağazada yanğın olub

İmişlidə mağazada yanğın olub İmişli şəhərində ərzaq mağazasında yanğın olub.
Hadisə
14 Yanvar , 2022 09:33
İmişlidə mağazada yanğın olub

İmişli şəhərində ərzaq mağazasında yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi ərzaq mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi