İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 Mart , 2022 09:30
İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, ötən gün Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilən Ənvər Cəbrayılov həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.

Qeyd edək ki, ötən gün İmişli rayonunda baş verən qəzada Sabirabad rayonunun Zalqarağac kənd sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlu ağır xəsarət almışdı. O, Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

22.03.2022. 23:10

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, İmişli rayonu ərazisində iki avtomobil toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Zalqarağac kənd sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlu və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Digər yaralı Ə. Cəbrayılov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi