İmişlidə ev yanıb, xəsarət alan var 

Hadisə
  • 31 oktyabr, 2021
  • 07:28
İmişlidə ev yanıb, xəsarət alan var 

İmişli rayonunda ev yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində, Saleh Dövlətova məxsus evdə qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibi yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi