İmişlidə ağır yol qəzası olub, ölənlər var
Hadisə
- 22 noyabr, 2022
- 16:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən
keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə
olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda
22:30
Foto
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Futbol
22:24
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
Digər ölkələr
22:00
Maduronun işinə baxan hakim Elvin Hellerştayn 92 yaşında vəfat edib
Digər ölkələr
21:53
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Xarici siyasət
21:49
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Futbol
21:42
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
21:27
Foto
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Mədəniyyət
21:22
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Region