İmişlidə 67 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 19 yanvar, 2022
  • 04:21
İmişlidə 67 yaşlı qadını avtomobil vurub

İmişli rayonunda 67 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Ələkbərova Mələk Məmmədtağı qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.