İmişlidə 10 yaşlı uşaq kanalda batıb, axtarış aparılır - YENİLƏNİB

İmişlidə 10 yaşlı uşaq kanalda batıb, axtarış aparılır - YENİLƏNİB İmişli rayonun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb.
Hadisə
27 Dekabr , 2023 12:40
İmişlidə 10 yaşlı uşaq kanalda batıb, axtarış aparılır - YENİLƏNİB

İmişli rayonunun Qaragüvəndikli kəndində su kanalında batan 10 yaşlı uşağın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

09:03

İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb.

“Report” xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb.

Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi