İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov vəfat edib.
Hadisə
8 Avqust , 2024 17:30
İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, o, bu gün uzun sürən xəstəlikdən sonra ölüb.

Qeyd edək ki, Azər Sadiq oğlu Kazımov 1966-cı il dekabrın 25-də İmişli şəhərində anadan olub.

1987-1992-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsində, 1992-1993-cü illərdə isə İmişli rayon Stomatoloji Poliklinikada internatura təhsili alıb. 1992-ci ildən 2002-ci ilə qədər İmişli rayon Stomatoloji Poliklinikasında stomatoloq kimi fəaliyyət göstərib.

2002-2021-ci illər ərzində İmişli Rayon Mərkəzi Xəstəxanasında stomatoloq vəzifəsində çalışıb. 2021-ci ildən etibarən həmin xəstəxanada direktorun səlahiyyətlərini icra edən Azər Kazımov 25 noyabr 2022-ci il tarixindən etibarən, tibb müəssisənin direktoru vəzifəsini tutub.

Son xəbərlər

Orphus sistemi