Azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb

Azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb İkinci Qarabağ müharibəsindən sonra Birinci Qarabağ döyüşlərində itkin düşmüş sayılan 553 insanın qalıqları aşkar edilib.
Hadisə
18 Mart , 2024 11:38
Azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb

İşğaldan azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb.

"Report" xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.

Onun sözlərinə görə, həmin qalıqlar Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan şəxslərə məxsusdur.

Şöbə rəisi qeyd edib ki, 1988-ci ildən - 1994-cü il də daxil olmaqla 3 890 nəfər azərbaycanlı itkin düşüb.

E.Tağıyevin sözlərinə görə, itkin düşənlərdən 3 171 nəfəri hərbi qulluqçu, 719-u isə mülki şəxslərdir.

Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev isə bildirib ki, aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var: "Meyit qalıqlarında əllərin bağlanması və zədələyən əşyalarla vurulması faktları müşayiət olunur".

Son xəbərlər

Orphus sistemi