İdarə rəisi: “Yerin təki ilə bağlı qaydaların pozulmasına görə bölgələrdə araşdırma aparılır”

İdarə rəisi: “Yerin təki ilə bağlı qaydaların pozulmasına görə bölgələrdə araşdırma aparılır” "Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması ilə bağlı Baş Prokurorluq tərəfindən ölkənin müxtəlif bölgələrində araşdırmalar aparılır".
Hadisə
7 İyul , 2023 11:21
İdarə rəisi: “Yerin təki ilə bağlı qaydaların pozulmasına görə bölgələrdə araşdırma aparılır”
Elnur Musayev

"Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması ilə bağlı Baş Prokurorluq tərəfindən ölkənin müxtəlif bölgələrində araşdırmalar aparılır".

"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekologiyanın mühafizəsi" adlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Qax, Ağstafa, Şəmkir, Lənkəran, Quba və Tərtər və başqa rayonlarında yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması barədə 30-a yaxın məlumat araşdırılır: "Əksər hallarda qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə vurulmuş ziyan tam şəkildə bərpa olunub, bununla yanaşı 3 hal üzrə cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib".

Son xəbərlər

Orphus sistemi