Bəxtiyar Hacıyevin barəsində 50 günlük həbs qərarı verilib - YENİLƏNİB-2

Bəxtiyar Hacıyevin barəsində 50 günlük həbs qərarı verilib - YENİLƏNİB-2 İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Hadisə
9 Dekabr , 2022 17:09
Bəxtiyar Hacıyevin barəsində 50 günlük həbs qərarı verilib - YENİLƏNİB-2
Bəxtiyar Hacıyev

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

"Report"un xəbərinə görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

14.57

Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

14:33

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".

Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi