Bakı. 8 noyabr.
"Report"un xəbərinə görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə üçüncü tərəf kimi işə cəlb edilən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi çıxış edib. O, icra başçısı G.İslamovun iddiasını müdafiə etdiklərini deyib.
Daha sonra E.Mansurov qeyd edib ki, daxili işlər naziri
Həmin sərəncam məhkəməyə təqdim edilib.
Məhkəmə tərəflərə bir ay müddət verib.
Həmin vaxt ərzində torpağa baxış keçiriləcək və tərəflərin razılığa gəlib-gəlməyəcəyi bəlli olacaq.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, Xəzər RİH-nin başçısı G.İslamov iddia ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək E.Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.