İstanbul hava limanında AZAL-a məxsus təyyarədə insident baş verib - ƏLAVƏ OLUNUB

İstanbul hava limanında AZAL-a məxsus təyyarədə insident baş verib - ƏLAVƏ OLUNUB Bakı. 17 mart. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.
Hadisə
1226
17 Mart , 2018 17:25
İstanbul hava limanında AZAL-a məxsus təyyarədə insident baş verib - ƏLAVƏ OLUNUB

Bakı. 17 mart. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.

“Report” “Sabah”a istinadən xəbər verir ki, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".

Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. 

Orphus sistemi