İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıb

İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıb İsmayıllı rayonunda yerli sakin ayının hücumuna məruz qalıb.
Hadisə
15 Sentyabr , 2019 14:39
İsmayıllıda ayı yerli sakini öz həyətində parçalayıb

İsmayıllı rayonunda yerli sakin ayının hücumuna məruz qalıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə 1950-ci il təvəllüdlü Xanagah kənd sakini Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu yığarkən baş verib.

Qəflətən ayının hücumuna məruz qalan yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb. İ.Rəsulov təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Yırtıcı qaçaraq həyəti tərk edib.

Son xəbərlər

Orphus sistemi