İsmayıllıda avtomobil aşıb, ölən və yaralanan var

İsmayıllıda avtomobil aşıb, ölən və yaralanan var Bakı. 17 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda yol qəzası baş verib.
Hadisə
17 Avqust , 2018 12:46
İsmayıllıda avtomobil aşıb, ölən və yaralanan var

Bakı. 17 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda yol qəzası baş verib. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 16-da saat 23 radələrində İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində Bakı şəhər sakini Fəxrəddin Ağayev idarə etdiyi “Mazda” markalı avtomobili aşırıb. Nəticədə F.Ağayevin sərnişini, arvadı Qızbəs hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi