İsmayıllıda avtomobil 41 yaşlı kişini vuraraq öldürüb

İsmayıllıda avtomobil 41 yaşlı kişini vuraraq öldürüb İsmayıllı rayonunda 41 yaşlı kişini avtomobil vurub.
Hadisə
18 Yanvar , 2020 10:50
İsmayıllıda avtomobil 41 yaşlı kişini vuraraq öldürüb

İsmayıllı rayonunda 41 yaşlı kişini avtomobil vurub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Elçin Əlizadə oğlu Məmmədovun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili yolu keçən piyada, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi