Yuxarı

İsmayıllı rayonunda bankomat yanıb

Mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanı

BAKI. 18 yanvar. REPORT.AZ/ İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi