İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti təmin olunmayıb

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti təmin olunmayıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
11 Yanvar , 2017 10:01
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının şikayəti təmin olunmayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşməkdə təqsirləndirilən Zərbəli Abdullzadə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Z.Abdullzadə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Z.Abdullzadə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirli bilinib. O, 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraqa gedib və həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib. Təlimlər başa çatdıqdan sonra Z.Abdullzadə Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Abdullzadə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi