İŞİD-i maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

İŞİD-i maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib Bakı Ağır Cinayətlər Məhkəməsində terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” (İŞİD) adlı təşkilatının tərkibində döyüşənləri maliyyələşdirməkdə təqsirləndirilən Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
9 Sentyabr , 2019 13:22
İŞİD-i maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” (İŞİD) adlı təşkilatının tərkibində döyüşənləri maliyyələşdirməkdə təqsirləndirilən Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

27 yaşlı Namiq Məmmədov və 29 yaşlı Sahil İbrahimov özlərini təqsirli bilmədiklərini deyiblər.

İlqar Ağayevin isə fikrini öyrənmək mümkün olmayıb. O, məhkəmədə davranışları, danışıqlarıyla diqqət çəkib. Məhkəmədə özü ilə gətirdiyi oyuncaq topla oynayan İlqar Ağayevin rabitəsiz danışıqları da olub.

Onun vəkili məhkəmədə vəsatət qaldıraraq 28 yaşlı İlqarın psixiatrik ekspertizadan keçirilməsini istəyib.

Hakimlər bildiriblər ki, bu vəsatət müzakirə olunub qərar veriləcək.

Proses sentyabrın 13-də davam edəcək.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib. İttihamda qeyd edilir ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər.

İttihamda göstərilib ki, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Hər üç təqsirləndirilənə qarşı CMinayət Məcəlləsini 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. İlqar Ağayevə əlavə olarq CM-in 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silahəldə etmə, gəzdirmə və ya satma) maddəsilə də ittiham verilib.

Son xəbərlər

Orphus sistemi